Kriştiano Ronaldo Portuqaliya millisinin Çili ilə yoldaşlıq oyununda (1:0) fərqlənə bilməyib.
Sportal.az xəbər verir ki, 41 yaşlı hücumçu fasilədə əvəzlənib. Onun yerinə meydana çıxan Qonzalo Quedes 58-ci dəqiqədə Ruben Nevesin ötürməsindən sonra hesabı açıb.
Beləliklə, Ronaldo Portuqaliya millisində ardıcıl 2 oyunda qol vura bilməyib və son 4 matçın 3-də fərqlənməyib. Bu göstərici onun üçün Avro-2024-dən bəri ilk belə haldır. Həmin turnirdə o, 5 oyunda qol vura bilməmişdi. Buna baxmayaraq, Ronaldo hələ də millinin əsas simalarından biri olaraq qalır və komandanın hücum xəttində vacib rol oynayır.
saytlarin hazirlanmasi
