"Real"la "Ayaks" arasında danışıqlar davam edir

00:38 - 7 İyun 2026

"Ayaks" "Real"la Dani Seballosın transferi üzrə danışıqlar aparır.

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, tərəflər hazırda müsbət istiqamətdə irəliləyir və yekun razılaşmanın əldə olunması ehtimalı yüksəkdir. “Real" futbolçu üçün təxminən 10 milyon avro tələb edir, “Ayaks” isə bu məbləğə yaxınlaşmağa hazırdır.

Amsterdam klubunun yeni baş məşqçisi Maykl Seballosu əsas fiqur kimi görəcəyi ilə bağlı futbolçunu inandıra bilib.

29 yaşlı yarımmüdafiəçi ötən mövsüm La Liqada 16 oyuna çıxsa da, qol və ya assistlə yadda qalmayıb.

Bununla yanaşı,"Betis" də Seballosun transferində ciddi maraq göstərir və onun karyerasında başqa variant kimi qalır.

Xəbər xətti