"Roma"nın əfsanəsi Françesko Totti "Yuventus"un və Türkiyə millisinin futbolçusu Kənan Yıldızın performansı ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Totti türk futbolçunun hansı mövqedə daha yaxşı olduğunu deyib:
"Mənim üçün Yıldız əsl "10 nömrə" oyunçu deyil. Onun göstəricisi həm hücumçu, həm də "10 nömrə"dir. Kənandan böyük gözləntilər var. Komandası üçün çox şey qurban verir. O, texniki cəhətdən istedadlı, müasir və inkişaf etmiş oyunçudur. Amma əsl 10 nömrəli oyunçularla müqayisədə meydanda bir az fantaziya qabiliyyəti yoxdur".
saytlarin hazirlanmasi
