Kristian Eriksen Danimarkanın Ukrayna ilə keçirilən yoldaşlıq oyunu zamanı huşunu itirib.
Sportal.az xəbər verir ki, "Volfsburq"un yarımmüdafiəçisi ikinci hissədə meydançaya yıxılıb və görüş dərhal dayandırılıb. Ona uzun müddət meydanda tibbi yardım göstərilib, hər iki komandanın futbolçuları isə onun ətrafında halqa yaradıb.
Tibbi müdaxilədən sonra Eriksen özünə gəlib və ayağa qalxa bilib. O, tribunaların alqışları altında həyat yoldaşının müşayiəti ilə meydanı tərk edib.
Daha sonra matç ləğv edilib, həmin vaxt hesab 2:1 Danimarka millisinin xeyrinə idi.
Xatırladaq ki, Eriksen 2021-ci ildə Avro-2020 turniri zamanı Finlandiya ilə oyunda ürək dayanması keçirmişdi. Daha sonra onun ürək ritmini nəzarətdə saxlamaq üçün kardioverter-defibrilyator (ICD) cihazı implantasiya olunmuşdu.
saytlarin hazirlanmasi
