"Düşünürdüm ki, mükafatı mən qazanacağam" - Yamal "Qızıl top" barədə

22:10 - 7 İyun 2026

"Barselona" və İspaniya millisinin cinah oyunçusu Lamine Yamal ötən il qazana bilmədiyi “Qızıl top” mükafatı barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, 2025-ci ilin ən yaxşı futbolçusuna verilən Ballon d'Or mükafatını PSJ-nin vingeri Osman Dembele qazanmışdı. Yamal isə səsvermədə ikinci yeri tutmuşdu.

“Düzünü desəm, çox şey baş verdiyi üçün bu mükafatı qazanacağımı düşünürdüm. Amma hesab edirəm ki, Dembelenin qalib gəlməsi mənim üçün daha yaxşı oldu.

Bu, bir insan kimi inkişaf etməyimə kömək etdi. Həm də əmin deyiləm ki, həmin vaxt bu mükafatı qazanmaq mənim üçün doğru zaman idi. Mən hələ uşaq idim və yəqin ki, "Qızıl top"u qazanmağın əslində nə demək olduğunu tam qiymətləndirə bilməzdim. Görək, bəlkə bu il mənim ilim olar”, – deyə Yamal bildirib.

Xəbər xətti