Deşam: "Fransada hamı məni müdafiə oyununa görə tez-tez tənqid edir"

18:22 - 7 İyun 2026

Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının oyun tərzi ilə bağlı sualı cavablandırıb.

Sportal.az “La Gazzetta dello sport”a istinadən xəbər verir ki, fransız mütəxəssis oyunçularla əlaqəsindən də bəhs edib

"Fransada hamı məni tez-tez müdafiə oyununa görə tənqid edir. Amma məqsədim həmişə güclü tərəflərimdən istifadə edərək rəqibə problem yaratmaq olub. Həmişə oyunçularıma çox sərbəstlik vermişəm. Onlar sərbəst olublar. Eyni zamanda, müəyyən bir tarazlığı qorumalısınız. Baxmayaraq ki, məsələn, mən heç vaxt müdafiəçilərin irəli çıxmasına mane olmamışam. Lakin həm hücum, həm də müdafiə planında etibarlı olmaq mütləqdir".

Fransa millisi I qrupunda Seneqal, İraq və Norveçlə mübarizə aparacaq. 
 

Xəbər xətti