Massimiliano Alleqrinin "Napoli"yə baş məşqçi təyin olunması onun "Milan"la yaşadığı maliyyə fikir ayrılıqlarına görə baş tutmaya bilər.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, 2027-ci ilə qədər qüvvədə olan müqavilənin vaxtından əvvəl ləğvi üçün Alleqri özü üçün 2 milyon avro, məşqçilər korpusunun üzvləri üçün isə əlavə 3 milyon avro tələb edir. “Milan”ın sahibi Gerry Kardinale isə bu məbləği ödəmək istəmir və tərəflər hələ də razılığa gələ bilməyiblər.
Bildirilir ki, Aurelio De Laurentiis yaranmış vəziyyətdən narazıdır. Əgər Alleqri yaxın 7–10 gün ərzində “Milan”la razılıq əldə etməsə, “Napoli” baş məşqçi postu üçün digər namizədləri nəzərdən keçirə bilər.
saytlarin hazirlanmasi
