Rafael Leao Portuqaliya yığmasının Çili ilə yoldaşlıq matçında baş verən insident barədə açıqlama verib.
Sportal.az xəbər verir ki, oyun zamanı 47-ci dəqiqədə Leao komanda yoldaşı Joao Kanselonu müdafiə etmək üçün Ivan Roman ilə qarşıdurmaya qoşulub. Hadisə zamanı “Milan”ın vingeri rəqib oyunçunu bir neçə dəfə sinəsindən itələyib, boğazından tutub və üzünə əl ilə toxunub, nəticədə çilili futbolçu yerə yıxılıb. Epizoddan sonra hər iki oyunçu qırmızı vərəqə alıb.
Bildirilir ki, Leaonun cəzası dünya çempionatının oyunlarına da şamil oluna bilər.
Futbolçu isə sosial şəbəkədə bunları qeyd edib:
“İlk sınaq keçildi. Mənim qırmızı vərəqəmə gəlincə, sadəcə komanda yoldaşımı qorumağa çalışdım və rəqibə zərər vermək niyyətim yox idi! Matçda olan bütün portuqaliyalılara təşəkkür edirəm, atmosfer inanılmaz idi. Hamımız birlikdə davam edəcəyik.”
saytlarin hazirlanmasi
