Harri Keyn İngiltərə millisinin DÇ-2026 barədə fikirlərini bölüşərək ABŞ-dakı istiliyin komandanın çıxışına ciddi təsir etməyəcəyini deyib.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu öz açıqlamasında bunları qeyd edib:
“Düzünü desəm, elə də çox isti olacağını düşünmürəm. Əlbəttə, biz məşqlərdə buna öyrəşirik və bir neçə gündən sonra əksər oyunçular uyğunlaşır.
Bu gün burada hava kifayət qədər yaxşıdır, ona görə də məncə bu mövzu həddindən artıq şişirdilir. Biz peşəkar idmançılarıq və turnirə yaxşı hazırlaşmışıq.
İlk oyuna hələ təxminən 10 gün var. Bu şəraitdə məşq edəcəyik, ona görə də havanın oyunumuza təsir edəcəyini düşünmürəm”.
saytlarin hazirlanmasi
