"Mançester Siti"dən ayrılan yarımmüdafiəçi "Real"da - RƏSMİ

15:30 - 17 İyun 2026

"Mançester Siti" ilə müqaviləsi başa çatan Bernardu Silvanın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını İspaniya La Liqasında davam etdirəcək.

31 yaşlı futbolçu "Real"la anlaşıb. Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb. Təcrübəli hücumameyilli yarımmüdaqfiəçi Madrid təmsilçisi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Mançester Siti" Bernardu Silvanı 2017-ci ilin yayında "Monako"dan 50 milyon avroya transfer etmişdi. Portuqaliya millisinin üzvü bu müddət ərzində "şəhərlilər"in heyətində meydana çıxdığı 460 rəsmi matçda 76 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti