UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə "Neftçi"nin də rəqibi məlum olub.
Bakı təmsilçisi "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan klubu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 23-də və 30-da keçiriləcək.
saytlarin hazirlanmasi
