"Beşiktaş" "Bavariya"ya təklif göndərəcək

17:52 - 17 İyun 2026

"Bavariya"nın qapıçısı Aleksander Nübel karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" almaniyalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

istanbul nəhəngi yaxın vaxtlarda 29 yaşlı "əlcək sahibi" üçün Münhen klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Aleksander Nübel 20252023-cü ilin yayından icarə əsasında "Ştutqart"da çıxış edir. Almaniya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda qapısında 70 qol görüb.

Xəbər xətti