İspaniya yığması Argentinanı məğlub edərək dünya çempionu oldu - tarixində 2-ci dəfə

02:02 - 20 İyul 2026

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi bəlli olub.

Sportal.az xəbər verir ki, DÇ-2026-nın final oyununda İspaniya və Argentina milliləri üz-üzə gəliblər. Əsas vaxtı 0:0 hesabı ilə bitən matçda İspaniya yığması əlavə vaxtın 106-cı dəqiqəsində vurduğu yeganə qolla dünya kubokunun sahibi olub.

Qeyd edək ki, bu İspaniya yığmasının tarixində 2-ci dünya çempionluğudur.

DÇ-2026
Final

23:00. İspaniya – Argentina 1:0

Qol: Fernan Torres, 106

Qırmızı vərəqə: Enzo Fernandez, 90+3

Xəbər xətti