“Neftçi”yə millinin oyunçusunu təklif etdim, mənə dedilər ki…” - Süleyman Yula

19:58 - 20 İyul 2026

"Mənim Azərbaycanda bir neçə klubun rəhbərliyi ilə yaxşı münasibətim var. "Neftç"» də onlardan biridir".

Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Süleyman Yula deyib.

Bir neçə ildir özünü agent kimi sınayan keçmiş hücumçu "Neftçi" ilə iş gördüyünü bildirib

Vaxtilə Türkiyədə "Beşiktaş"ın, Fransada "Lill"in formasını geyinmiş Qvineya yığmasının tanınmış siması qeyd edib ki, "ağ-qaralar" ona stopper mövqeyinə namizəd tapmasını istəyib:

"Neftçi"yə öz təklifimi vermişəm. Qvineya millisinin oyunçusudur.

Hazırda onunla danışıqlar aparırlar. Mən bu işin içindəyəm, sadəcə, deyiblər ki, adı gizli saxlayaq.

"Neftçi" istəmir ki, danışıqların getdiyi vaxt ad açıqlansın. Adətən, belə olanda başqa klublar da ortalığa çıxır və qiymət qalxır.

Mən "Neftçi" rəhbərliyinin bu yanaşmasını başa düşürəm və onlara hörmətlə yanaşıram. Güman ki, yaxın günlərdə hər şey məlum olacaq.

Mənim oyunçum "Neftçi"nin formasını geyinməyi çox istəyir - hələlik yalnız bunu deyə bilərəm".

Xəbər xətti