"Turan Tovuz" fransalı futbolçu ilə müqavilə imzaladı - FOTO

11:17 - 21 İyul 2026

"Turan Tovuz" heyətinə fransız futbolçu cəlb edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi "Monpelye"nin yetirməsi olan yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Söhbət Stiv Beusnarddan gedir.

34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də “Pau” forması ilə 27 oyun keçirib.

O, karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib.

 

Xəbər xətti