"Qalatasaray" xorvatiyalı hücumçunu transfer etmək istəyir

11:35 - 25 İyul 2026

"Benfika"nın hücumçusu Franyo İvanoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" xarvatiyalı forvardın xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi İvanoviçi satınalma bəndi ilə icarəyə götürmək istəyir. "Qalatasaray" 22 yaşlı forvard üçün Portuqaliya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Benfika" Franyo İvanoviçi 2025-ci ilin yayında Belçikanın "union" klubundan 22 milyon avroya transfer edib. Xorvatiya millisinin üzvü 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti