"Şahdağ Qusar"da anqolalı yarımmüdafiəçi

12:49 - 25 İyul 2026

“Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, I Liqada mübarizə aparan bölgə təmsilçisi anqolalı Jose Cristovao Zengo ilə anlaşıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb. 

Jose Cristovao ölkəsinin ən köklü klublarından sayılan “Petro Luanda”nın yetirməsidir. Messias ləqəbi ilə tanınan futbolçu daha sonra Portuqaliyanın “Vizela” və Xorvatiyanın “Kustosija” komandalarında forma geyinib.

Xəbər xətti