PSJ-dən "Atletiko"ya 40 milyon avroluq transfer - RƏSMİ

13:55 - 25 İyul 2026

İspaniyanın "Atletiko" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi PSJ-dən Li Kan İni transfer edib. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb.

"Atletiko" cənubi koreyalı futbolçu üçün Fransa klubuna 40 milyon avro təzminat ödəyib. İnlə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, PSJ Li Kan İni 2023-cü ilin yayında "Malyorka"dan 22 milyon avroya transfer etmişdi. Cənubi Koreya millisinin üzvü bu müddət ərzində Paris təmsilçisinin heyətində meydana çıxdığı 124 rəsmi matçda 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti