"Real"ın argentinalı futbolçusu yenidən karyerasını ölkəsində davam etdirmək istəyir

23:54 - 28 İyul 2026

Franko Mastantuono bu yay icarə əsasında komandadan ayrılmaq variantını nəzərdən keçirir.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçiyə Avropanın bir neçə klubundan təklif gəlsə də, onun əsas istəyi yenidən "River Pleyt"ə qayıtmaqdır.

"River Pleyt" futbolçunun mövqeyindən xəbərdardır və onu yenidən heyətinə qatmaqda maraqlıdır. Gözlənilir ki, bu həftə Mastantuononun nümayəndələri "Real" rəhbərliyi ilə görüşərək futbolçunun gələcəyini müzakirə edəcəklər.

Xatırladaq ki, Mastantuono ötən yay "River Pleyt"dən "Real"a 63 milyon avro qarşılığında transfer olunmuşdu.

Xəbər xətti