"Qəbələ" Qətər klubuna qalib gəldi

21:40 - 2 Avqust 2026

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” Qətərin “Al-Kharitiyath” klubu ilə yoxlama matçına çıxıb.

Sportal.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadiounda üz-üzə gəliblər.

Matç Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qəbələ”nin heyətində Nuğay Rəşidov və Antoni Hunpe fərqləniblər.

Xatırladaq ki, “Qəbələ” yoxlama matçları çərçivəsində daha öncə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt”la 1:1, “İmişli” ilə 2:2 və “Şəfa” ilə isə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Xəbər xətti