UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb.
Sportal. az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub.
Qeyd edək ki, "Sabah" – "Orhus" matçı bu gün, saat 20:00-da 8700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da start götürəcək. Tərəflər arasında Danimarkada baş tutan ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi
