"Fənərbaxça" UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Avstriyada "Şturm Qrats"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, qarşılaşma Azərbaycanda da canlı yayımlanacaq. Matç TVNET-də "Sport TV" vasitəsilə nümayiş etdiriləcək.
Qeyd edək ki, "Şturm Qrats" - "Fənərbaxça" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Komandalar arasında İstanbulda baş tutan ilk oyun "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi
