"Qarabağ"da gözlənilməz ayrılıq - o da gedir...

18:14 - 11 Avqust 2026

“Qarabağ”ın futbolçusu Abdullah Zubir komandadan ayrılmaq üzrədir.

Sportal.az İdmanxeber.az-a istinadən xəbər verir ki, komandanın əsas üzvlərindən olan təcrübəli oyunçuya başqa klubdan təklif var. Yarımmüdafiəçi özü də Azərbaycandan getmək istəyir.

Ağdam təmsilçisinin futbolçunun ayrılmasına icazə verdiyi bildirilir. “Qarabağ” Zubir üçün gələn təklifə mane olmayacaq.

Əgər son anda bir dəyişiklik olmasa, fransalı qısa müddətdə “köhlən atlar”ı  tərk edəcək.

Xatırladaq ki, təcrübəli futbolçunun 2027-ci ilə qədər Ağdam klubu ilə müqaviləsi var. O, 2018-ci ildən Azərbaycan klubunda forma geyinir.

Xəbər xətti