15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk Dünya Çempionatı və Festivalı Azərbaycanda keçiriləcək.
Sportal.az Sport1.az-a istinadən xəbər verir ki, həmin turnir çərçivəsində nəzərdə tutulan matçlar Hövsanda baş tutacaq.
AFFA bunun üçün adıçəkilən 12 hektarlıq ərazidə 10 mini-stadionun inşası üçün işlərə start verib.
Kompleksin funksiyası məhz bu turnirlə yekunlaşmayacaq. Yarış başa çatdıqdan sonra mini-stadionlar aidiyyatı qurumlardan birinin balansına veriləcək.
U-15 Dünya Çempionatı oktyabrın 22-dən 31-nə qədər davam edəcək.
saytlarin hazirlanmasi
