"Real" İspaniya millisinin yarımmüdafiəçisini transfer edir

19:53 - 29 Avqust 2026

"Real" heyətini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, "kral klubu" "Rasinq"də çıxış edən Serxio Martinesin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real" 19 yaşlı yarımmmüdafiəçi üçün onun klubuna 3 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Serxio Martines "Rasinq"in yetirməsidir. O, İspaniyanın U-19 millisinin üzvüdür.

Xəbər xətti