Kodi Qakpo karyerasını harada davam etdirmək istədiyinə qərar verib.
Sportal.az xəbər verir ki, daha əvvəl “Liverpul”un yarımmüdafiəçisi üçün "Mançester Siti" və "Tottenhem"in mübarizə apardığı bildirilirdi. "The Athletic"in məlumatına görə, niderlandlı futbolçu “şəhərlilər”ə üstünlük verib və hazırda klublar transferlə bağlı danışıqlar aparırlar.
Qakpo “Liverpul”un heyətində keçirdiyi 180 oyunda 50 qol vurub. O, 2022-ci ilin dekabrında bonuslar da daxil olmaqla 44 milyon funt-sterlinq qarşılığında PSV-dən transfer edilmişdi.
saytlarin hazirlanmasi
