"Barselona"nın müdafiəçisi "Real Sosyedad"da - RƏSMİ

00:41 - 30 Avqust 2026

“Barselona” müdafiəçi Ektor Fortun “Real Sosyedad”a keçdiyini açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunu prioritet qaydada geri alma hüququnu və onun növbəti satışından faiz payını özündə saxlayacaq. Daha əvvəl transfer məbləğinin 8 milyon avro olacağı barədə məlumat yayılmışdı. Həmçinin “Barselona” futbolçunun növbəti satışından əldə olunacaq məbləğin 50%-ni ala və müdafiəçini 20 milyon avroya geri qaytara biləcək.

Qeyd edək ki, Fort ötən mövsümü “Elçe”də icarə əsasında keçirib. O, 14 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti