"Yuventus" "Tottenhem"in yarımmüdafiəçisini icarəyə götürəcək

17:58 - 31 Avqust 2026

"Tottenhem"in yarımmüdafiəçisi Pape Matar Sarr karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, seneqallı oyunçu "Yuventus"a keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Turin nəhəngi Sarrı icarəyə götürəcək. Klublar arasındakı anlaşmada 23 yaşlı futbolçu üçün 30 milyon avroluq məcburi satınalma bəndi yer alıb.

Qeyd edək ki, "Tottenhem" Pape Matar Sarrı 2021-ci ilin yayında "Mets"dən 17 milyon avroya transfer edib. Seneqal millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti