I Liqa klubundan yeni transfer

11:16 - 2 Sentyabr 2026

I Liqada iddialılardan olan "Şahdağ Qusar" növbəti transferi reallaşdırıb.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi 24 yaşlı yarımmüdafiəçi Aqil Nəsibovla anlaşıb.

O, mövsümün sonuna qədər "Şahdağ Qusar"da oynayacaq.

Xatırladaq ki, Aqil Nəsibov son olaraq “Şəfa”da çıxış edib. Bir müddət əvvəl isə o, "Karvan Yevlax"la anlaşmışdı.

Xəbər xətti