"Həm mənim, həm də ailəmin gerçəkləşən arzusu idi" - İtaliya B seriyasında debüt edən yığmamızın forvardı

12:47 - 2 Sentyabr 2026

Azərbaycanın U-21 yığma komandasının hücumçusu Lorenzo Mezzotero "Sampdoriya"nın əsas komandasının heyətində debüt edib.

Onun debütü İtaliya B seriyasının 2-ci turunun "Yuve Stabiya" (1:2) ilə görüşünə təsadüf edib.

Yığmamızın forvardı 87-ci dəqiqədə meydana daxil olub.

O, Sportal.az saytına açıqlamasında debütü və "Sampdoriya"dakı gələcək perspektivindən bəhs edib:

"Debüt etdiyimə görə özümü xoşbəxt hiss edirəm. Nəhayət ki, bu baş verdi. Yay toplanışını əsas komanda ilə keçmişdim. Yoxlama görüşündə hətta A Seriyası təmsilçisi “Kalyari” ilə də oynamışdım. Bu dəfə isə çempionat matçında debüt etdim. Düzü, bu, həm mənim, həm də ailəmin gerçəkləşən arzusu idi. Onu da deyim ki, bu, sadəcə başlanğıcdır".

Mirbağırağa

Xəbər xətti