"Zirə"nin futbolçusu Ayxan Hüseynov Sportal.az-a açıqlama verib.
Qəsəbə təmsilçisinin üzvü komandasının Misli Premyer Liqasının 3-cü turunda "Neftçi" (1:0) üzərində qazandığı qələbəni şərh edib:
"Bilirdik ki, çox çətin oyuna çıxırıq. "Neftçi"nin də bizə qarşı yaxşı hazırlaşacağını bilirdik. Amma biz də bu matça yaxşı hazırlaşmışdıq. Fikrimcə, çox maraqlı və yaxşı oyun alındı. Qələbəyə daha yaxın tərəf biz idik. Şükür Allaha, qələbə qazanmağı bacardıq.
Təəssüf ki, qol epizodlarımızdan istifadə edə bilmirik. Bunun üzərində çox işləməliyik. Yaxşı epizodlara giririk, onları qola çevirməliyik. Komandamızdakı bütün futbolçular səviyyəli oyunçulardır. Əslində, məşqlərdə çox asanlıqla qollar vururuq. Lakin oyunlarda bəzən alınmır. Bunun üzərində çox işləyəcəyik. Yaxın zamanlarda yaxşı epizodları qola çevirəcəyik".
Hüseynov qarşıdakı turda “Sabah”la keçirəcəkləri oyun barədə də danışıb: "Çempionatda çətin oyunlar qarşıdadır. “Qarabağ”, “Sabah”, “Turan Tovuz” matçları bizi gözləyir. “Sabah”a qarşı da çətin olacaq. Nə deyə bilərik? “Sabah” Çempionlar Liqasında oynayan komandadır. Onları təbrik edirəm. Maksimum çalışacağıq ki, meydanda özümüzü göstərək. Oyuna çox böyük motivasiya ilə çıxacağıq. Allah qoysa, yaxşı oyun keçirərik və hər şey yaxşı alınar”.
Mirbağırağa
saytlarin hazirlanmasi
