"Əla oyunçudur, Türkiyədə oynamağa layiqdir" - "Fənərbaxça"nın sabiq futbolçusu "Qalatasaray"ın yeni transferi haqda

14:17 - 7 Sentyabr 2026

“Fənərbaxça”nın sabiq futbolçusu, hazırda “Spartak”da (Moskva) oynayan Aleksandr Djiku Rusiya millisinin yarımmüdafiəçi Aleksey Batrakovun “Lokomotiv”dən "Qalatasaray"a keçidi ilə bağlı şərh verib.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan qanalı Batrakov barədə bunları deyib: “Mən digər oyunçuları mühakimə etməyi xoşlamıram. Amma Batrakov əla oyunçudur, onun bir çox yaxşı keyfiyyətləri var. Aleksey Türkiyə Super Liqasında oynamağa layiqdir. O, orada çox yaxşı çıxış edə bilər”.

Djiku 2023-2025-ci illərdə “Fənərbaxça”da oynayıb, bir il əvvəl isə “Spartak”a keçib.

Xəbər xətti