Mərakeş yığmasının mərkəz yarımmüdafiəçisi Premyer Liqamızda - SON DƏQİQƏ

20:26 - 10 Sentyabr 2026

Mərakeş yığmasının oyunçusu karyerasını Azərbaycanda davam etdirəcək.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, söhbət Mehdi Mçakhcehdən gedir.

Mərkəz yarımmüdafiəçisi "Zirə" ilə danışıqları yekunlaşdırıb. 22 yaşlı ərəb yaxın günlərdə ölkəmizə gələcək və uzunmüddətli müqavilə imzalayacaq.

Yerli "Kenitra"nın yetirməsi 2024-cü ildən "Raja Kasablanka"nın formasını geyinir. O, həmin vaxtdan bəri əsas komandada 20 oyuna çıxıb.

2025-ci ildən Mərakeş millisinə dəvət alıb və ötən müddətdə 6 dəfə bu formanı geyinib.

Mehdi qəsəbə təmsilçisinin 10-cu transferidir.

"Qartallar" ondan qabaq Amin Seydiyev ("Sabah"), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Kipr), Ayxan Hüseynov ("Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu, Dameyn Smit, Dimitri Leqbo ("Riyeka", Xorvatiya) və Talisson Moreyra Reys ("Çaveş", Portuqaliya) ilə müqavilə imzalayıb.

Xəbər xətti