“Real”ın La Liqada heyət xərcləri üçün ən yüksək limiti var - rekord göstərici

22:53 - 10 Sentyabr 2026

La Liqa yay transfer pəncərəsi bağlandıqdan sonra klubların heyət və məşqçilər üçün xərcləyə biləcəyi məbləğlə bağlı limitləri açıqlayıb.

Sportal.az xəbər verir ki, icazə verilən xərclər üzrə lider yenə də “Real”dır. Madrid klubunun xərclər limiti mart ayında 761 milyon avro olduğu halda, hazırda rekord həddə – 832,8 milyon avroya yüksəlib.

“Barselona”nın göstəricisi qış transfer pəncərəsindən sonra 432 milyon avrodan 582 milyon avroya çatıb və bu, liqada ikinci nəticədir. Bununla yanaşı, Kataloniya klubu hər qazandığı avronu xərcləməyə imkan verən 1:1 qaydasına qayıda bilib.

Üçüncü pillədə 361 milyon avro limitlə “Atletiko” qərarlaşıb. Qış transfer pəncərəsindən sonra Madrid klubunun xərclər limiti 336 milyon avro təşkil edirdi.

“Vilyarreal” (171 milyon avro), “Betis” (143 milyon), “Atletik” (139 milyon) və “Real Sosyedad” (137 milyon) da 100 milyon avro həddini keçiblər.

İspaniyanın yüksək divizionunda ən aşağı göstəricilər isə “Alaves”də (43,2 milyon avro), “Malaqa”da (33,6 milyon) və “Sevilya”da (20,1 milyon) qeydə alınıb.

Xəbər xətti