İspaniya millisi baş məşqçi Luis de la Fuente ilə müqavilənin 2030-cu ilə qədər uzadılması barədə razılığa gəlib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lusan məlumat verib.
“Razılaşma üzərində işi yekunlaşdırırıq. O, daha bir neçə il bizimlə qalacaq. Bizim tariximizin ən yaxşı məşqçisi var və nəticələr hər şeyi göstərir. İspaniya ictimaiyyəti onu sevir və ona heyranlıqla yanaşır. Mən ona daha yaxşı şərtlərlə müqaviləni uzatmaq imkanı təklif etdim. Bu, tamamilə məntiqli idi, çünki o, ən yüksək maaş alan 10 məşqçinin sırasında deyildi. İndi isə olacaq”, – Lusan deyib.
De la Fuente ilə yeni müqavilə 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulacaq. Mütəxəssisin hazırkı sözləşməsi isə 2028-ci il Avropa çempionatından sonra başa çatır.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ildə İspaniya millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 2022/23 mövsümündə Millətlər Liqasının qalibi olub, AVRO-2024-ü və 2026-cı il dünya çempionatını qazanıb.
saytlarin hazirlanmasi
