37 yaşlı futbolçu Belçika millisində karyerasını başa vurdu

23:07 - 16 Sentyabr 2026

“Nitsa”nın 37 yaşlı yarımmüdafiəçisi Aksel Vitsel Belçika millisində karyerasını başa vurduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, futbolçu 2023-cü ildə də milli komandadan ayrıldığını açıqlamışdı, lakin sonradan beynəlxalq turnirlərdə yenidən çıxış etməyə başladı. Vitsel 2026-cı il dünya çempionatında iki matçda meydana çıxıb.

“Bu dəfə qərarım qətidir. Milli komandadakı karyeramı başa vurmaq qərarına gəldim. Gənclərə və yeni nəslə yol verməyin vaxtıdır. 18 il ərzində özümü bütünlüklə futbola həsr etdiyim üçün inanılmaz dərəcədə qürur duyuram. 18 yaşımda karyerama başlayanda belə yüksəkliklərə çatacağımı təsəvvür belə edə bilməzdim. Biz həqiqətən inanılmaz anlar yaşadıq!

Azarkeşlərə təşəkkür edirəm. Bu illər ərzində peşəkar inkişafıma bu və ya digər şəkildə töhfə verən bütün komanda yoldaşlarıma, məşqçilərimə və federasiya əməkdaşlarına təşəkkür edirəm.

Gələcəkdə komandaya uğurlar arzulayıram. Əminəm ki, onu parlaq gələcək gözləyir. Səni sevirəm, Belçika!" – Vitsel sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Aksel 2008-ci ildən Belçika millisində çıxış edirdi. Onun hesabında 140 oyun və 12 qol var. Dortmund "Borussiya"sının sabiq futbolçusu Belçika millisində keçirdiyi oyunların sayına görə ikinci yerdədir, həmçinin dünya çempionatında ölkəsini təmsil edən ən yaşlı futbolçudur. O, 2018-ci il dünya çempionatında milli komanda ilə bürünc medal qazanıb.

Xəbər xətti