Millimizin hücumçusu oynadı, komandası kubokda mübarizəni dayandırdı

23:28 - 16 Sentyabr 2026

Ukraynada ölkə kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan futbol millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” doğma meydanda “LNZ Çerkassı”nı qəbul edib. Əsas və əlavə vaxtı 0:0 yekunlaşan matçda qonaqlar penaltilər seriyasında daha dəqiq oynayaraq npvbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, Dadaşov qarşılaşmanı əvəzlənmədən meydanda olub.

Xəbər xətti