"Milan" polşalı yarımmüdafiəçini transfer etmək istəyir

17:24 - 17 Sentyabr 2026

"Atalanta"da çıxış edən Nikola Zalevski İtaliya A Seriyasının nəhənglərinin maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat verir.

Polşalı futbolçunun xidmətində "Milan" və "Napoli" maraqlıdırlar. Berqamolular 24 yaşlı yarımmüdafiəçinin satışından 35-40 milyon avro qazanmağı gözləyirlər.

Zalevski ​A Seriyasının cari mövsümündə 3 qarşılaşmada iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

​Nikola ötən ilin avqustundan "Atalanta"nın şərəfini qoruyur. Tərəflər arasındakı mövcud müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Xəbər xətti