Hücum xəttində problem yaşayan "Tottenhem" heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "Qalatasaray"dan ayrılan Mauro İkardi London klubunun gündəmindədir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.
Transfer pəncərəsi bağlandığı üçün "Tottenhem" yalnız azad agent statusunda olan futbolçuları heyətinə qata bilər. Argentinalı hücumçu da bu kriteriyaya uyğundur.
33 yaşlı forvardla "Latsio" və "Olimpiakos" da yaxından maraqlanır.
Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. Ulduz futbolçu 2025/26 mövsümündə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
