Arda Güler: "Son nəticələrimizi unutdurmaq üçün əlimizdən gələni etdik"

15:22 - 26 Sentyabr 2026

Türkiyə millisinin yarımmüdafiəçisi Arda Güler Millətlər Liqası matçında Fransaya 0:1 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirib.

Sportal.az “beIN SPORTS”a istinadən xəbər verir ki, Güler qarşıdakı matçlara fokuslanacaqlarını söyləyib:

“Son nəticələrimizi unutdurmaq üçün əlimizdən gələni etdik. Çoxlu zədəli oyunçumuz var idi və bəzi oyunçular cəza səbəbindən matçı buraxdılar. Buna baxmayaraq, düşünürəm ki, əlimizdən gələni etdik və maksimumuzu verdik. Həqiqətən də qalib gəlmək istəyirdik, ona görə də indi çox məyusuq. Amma hələ də vacib oyunlarımız var. Ümid edirəm ki, onları qazana bilərik”.

Xatırladaq ki, Fransa Kilian Mbappenin qolu sayəsində 1:0 hesabı ilə qalib gəlib.
 

Xəbər xətti