"Neqativ məqamları üzə çıxarıb müəyyən dəyişikliklər etdik" - VİDEO

18:44 - 26 Sentyabr 2026

“Komandada hazırda atmosfer yüksək səviyyədədir. Gələr-gəlməz qələbə qazanmaq çox yaxşı motivasiya oldu. İlk 3 turda məğlubiyyətlər səbəbindən futbolçularda psixoloji sarsıntılar vardı.İlk işimiz klubun prezidenti Asəf Məlikovla birlikdə geniş komanda daxili iclas keçirməyimiz oldu. Komanda üzvləri ilə ayrı-ayrılıqda söhbətlər apardıq. Nəticədə neqativ məqamları üzə çıxarıb müəyyən dəyişikliklər etdik. 3:0 hesablı məğlubiyyətdən geridönüş edərək 5:3 hesabı ilə qələbə qazanmaq möhtəşəmdir. Çalışacağıq ki, “Difai”ni gələn il Birinci Liqaya çıxardaq”.

Sportal.az xəbər verir ki, bu fikirlər “Difai” futbol klubunun icraçı vitse-prezidenti Əbüıfəz Hüseynliyə aiddir. İkinci Liqa təmsilşisinin rəsmisi “Futbol Ofisi TV”də yayımlanan “Futbol Mərkəzi” verilişinin qonağı olub. Tanınmış jurnalist Elçin Cəfərovun aparıcısı olduğu verilişdə komandasının mövcud durumu ilə bağlı önəmli açıqlamalar verən Ə.Hüseynli ölkə futbolu barədə də diqqətçəkən fikirlərini bölüşüb. Milli komandanın baş məşqçisi Ayxan Abbasova tam dəstək verilməsinin vacibliyini bildirib, legioner limitinin Azərbaycan futboluna gətirəcəyi müsbət və mənfi tərəflər haqda da danışıb. Verilişə daha ətraflı aşağıdakı linkdən izləyə bilərsiniz:

Xəbər xətti