"Qarabağ"ın futbolçusunun milli komandası Ermənistan yığmasını məğlub etdi

23:09 - 28 Sentyabr 2026

Azərbaycanın “Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Millətlər Liqasında ikinci qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, Monteneqro yığması C2 qrupunun 2-ci turunda Ermənistan millisini 3:2 hesabı ilə məğlub edib. Yankoviç qarşılaşmanı əvəzlənmədən keçirib.

Xatırladaq ki, Monteneqro ilk turda Kipr yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti