"Zirə"nin yarımmüdafiəçisi milli komandada qol vurdu

21:59 - 29 Sentyabr 2026

Afrika Millətlər Liqasında seçmə mərhələnin oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Rikardo Martinsin formasını geyindiyi Mozambik millisi doğma meydanda Sudanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Martins bu görüşdə iştirak edib. Matça start heyətində daxil olan 30 yaşlı futbolçu 90 dəqiqə meydanda qalıb. O, 24-cü dəqiqədə məhsuldar ötürmə edib, 58-ci dəqiqədə isə qol vurub.

2 turdan sonra 4 xal toplayan Mozambik millisi qrupda 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti