"Real”ın müdafiəçisi Raul Asensio ilin əvvəlindən onu narahat edən baldır sümüyü zədəsi səbəbindən əməliyyat olunmağa yaxındır.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, cərrahi müdaxilə ilə bağlı qərar yaxın zamanda verilməlidir.
Söhbət yanvar ayından futbolçunu narahat edən kiçik çatdan gedir. Asensio hələ ötən mövsümün sonunda əməliyyat variantı ilə üz-üzə idi. Konservativ müalicə, eləcə də zədələnmiş nahiyəyə düşən yükü azaltmaq və sağalma prosesini sürətləndirmək məqsədilə aparılan çoxsaylı xüsusi prosedurlar nəticə verməyib.
Problem futbolçunun əzələ zədəsindən sağalmasından sonra, avqust ayında yenidən özünü göstərib. Narahatlıq hələ də davam edir və problemli nahiyədə ağrının yenidən kəskinləşməsi əməliyyat qərarının verilməsində həlledici amil ola bilər.
Hazırkı üç həftəlik fasilə zamanı Asensio zədədən əməliyyatsız qurtulmaq üçün son cəhdini edib. Onu “Vilyarreal”la matçda start heyətində meydana çıxmaq perspektivi motivasiya edib. Lakin zədə optimal formaya qayıtmaq üçün qərarın, böyük ehtimalla, təxirə salınmadan verilməsini zəruri edir.
Belə bir əməliyyatdan sonra bərpa müddətinin təxminən 2–3 ay çəkə biləcəyi bildirilir.
saytlarin hazirlanmasi
