Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, III təsnifat mərhələsinin cavab görüşündə Azərbaycan təmsilçisi Bolqarıstanın “Maritsa” komandasını qəbul edib. Tovuz Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma voleybolçularımızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Səfərdə təşkil olunan ilk matçda da rəqibini eyni hesabla (3:0) məğlub edən “Turan” iki oyunun nəticəsinə görə Çempionlar Liqasının qrup mərhələsinə adlamağı bacarıb.
saytlarin hazirlanmasi

