Mark Van Bommel futbola belə vida etdi VİDEO

04:49 - 21 İyul 2013

“Filips Arena”dakı matça ulduz axını

 

Hollandiya futbolunun yetişdirdiyi məşhur simalardan olan Mark Van Bommel kariyerasını başa vurub. 
 
Sportal.az xəbər verir ki, “PSV Eyindohoven” klubunun “Filips Arena” stadionunda keçirilən vida maçı ilə Van Bommel peşəkar kariyerasına son qoyub. Vida matçında Bommeli milli komanda yoldaşları Uesli Sneyder və Dirk Küytlə yanaşı Zlatan İbrahimoviç, Frank Riberi kimi ulduz futbolçular da tək qoymayıblar. 
 
Qeyd edək ki, 36 yaşlı  Mark Van Bommel kariyerası ərzində “Barselona”, “Bavariya” “Milan”, “PSV Eyindhoven” kimi klubların şərəfini qoruyub.

Xəbər xətti