"Onlar Malta ilə oyunda əsas heyətdə meydana çıxmalarına sevinməlidilər"

16:56 - 12 Avqust 2013

Berti Foqts: " Kiçik futbol ölkələri üçün bu, pisdi"
 
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışı ilə bağlı fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:
 
“Bu, onların işidi. “Qarabağ”ın futbolçuları nə qədər çox oyun keçirsələr, bir o qədər xeyirlərinədi. Onlar Malta ilə oyunda əsas heyətdə meydana çıxmalarına sevinməlidilər. “Bayern”in heyətində yeddi yığma üzvü var və onlar avqustun 14-də Paraqvaya qarşı oynayacaqlar. Növbəti ilin avqust ayında yığmanın oyunu olmayacaq. Yoxlama oyunu üçün yalnız bir gün ayrılacaq ki, bu da ya fevrala, ya da marta təsadüf edəcək. Kiçik futbol ölkələri üçün bu, pisdi”.

Xəbər xətti