"Bu oyunda məğlub olsaydıq ..."

21:55 - 31 Avqust 2013

Amit Quluzadə: "Qələbə qazanmağa borclu idik"

 

"Çətin oyun oldu, qələbə qazanmağa borclu idik. Ardıcıl iki oyun məğlub olmuşduq. Ona görə də bu oyunda da məğlub olsaydıq vəziyyətimiz pis olacaqdı."

 

Bu sözləri Sportal.az-a "Qəbələ"nin yarımmüdafiəçisi Amit Quluzadə deyib. Quluzadə komandanın hələ yeni qurulduğunu da sözlərinə əlavə etdi:

 

"Komanda yeni qurulur. Hələ qarşıda çox turlar var və bir neçə oyundan sonra stabillik haqda nəsə demək olar."

Xəbər xətti