FİFA-dan "Qəbələ"yə şad xəbər

14:44 - 6 Sentyabr 2013

Subotiçin transfer vərəqəsi gəldi

 

"Qəbələ"nin bu yay transfer elədiyi Daniel Subotiç yeni komandasının heyətində hələ debüt eləməyib.

 

Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun transfer vərəqəsinin gəlməməsiydi. Sabiq komandası "Volın"la problemlərini yoluna qoya bilməyən İsveçrə vətəndaşı bununla əlaqədar FIFA-ya müraciət ünvanlamışdı. Ali futbol qurumu artıq Danielə haqq qazandırıb. Onun transfer vərəqəsi AFFA-ya göndərilib.

 

Bu isə o deməkdi ki, növbəti turdan Subotiç “Qəbələ”nin formasında meydanma çıxa bilər. 

Xəbər xətti