"Milan"ın yeni baş məşqçisi rəsmən təsdiqləndi FOTO

16:30 - 16 Yanvar 2014

Zeedorf sabiq klubunda
 
"Milan" klubunun yeni baş məşqçisinin adı rəsmiləşib.
 
Sportal.az xəbər verir ki, Milan təmsilçisini klubun sabiq futbolçusu Klarens Zeedorf çalışdıracaq.
 
37 yaşlı Zeedorf "Milan"la 2,5 illiyinə müqavilə imzalayıb. Zeedorfun köməkçilərinin Ernan Krespo və Yap Stamın olacağı gözlənilir.
 
Qeyd edək ki, 2002-2012-ci illərdə "Milan"ın şərəfini qoruyan hollandiyalı futbolçu son olaraq "Botafoqa" klubunda çıxış edib. Zeedorf "Milan"ın baş məşqçi vəzifəsində Massimiliano Alleqrini əvəzləyib.

Xəbər xətti